Yanğın Sabunçu rayonunda baş verib
Bu gecə Bakının Sabunçu rayonunda yaşayış evi yanıb. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus hər mərtəbəsi 90 kv.m olan birmərtəbəli dördotaqlı evin tüstü bacasının ətrafı 0,5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:03 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.