Bakıda yaşayış evində partlayış baş verib.
Azeri-Xeber.ucoz.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, dekabrın 21-də saat 14.00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində, Bakı şəhər sakini İradə Müsaibovaya məxsus bağ evinin həyətindəki hamamda partlayış baş verib. Nəticədə qapı və pəncərə çərçivələrinə ziyan dəyib, yanıq xəsarəti alan İ.Müsuibova isə xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır. |