Bu gecə Bakının Suraxanı rayonu ərazisində bir nəfər soyuqdan donaraq ölüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, səfil həyatı yaşayan 73 yaşlı Oqtay Manafov ölüb.
Araşdırmalar zamanı onun ölməmişdən əvvəl sərxoş olduğu və küçədə yıxılıb qaldığı məlum olub. Onun içki düşkünü olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.