Balakən rayonunda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib. Yanğın hadisəsi Balakən şəhəri, Babək küçəsində Aslanov Cahangir Hacımurad oğluna məxsus ümumi sahəsi 60 kv. m olan ikiotaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə FHN-in Balakən rayon YMH-nin canlı qüvvəsi və texnikası cəlb edilib. Baş vermiş yanğın nəticəsində Cahangir Aslanova məxsus evin bir otağının tavan hissəsindən 15 kv. m sahə yanaraq yararsız hala düşüb. Yanğının evin qalan hissəsini əhatə etməsinə yanğınsöndürənlər imkan verməyib. Faktla bağlı FHN-in Balakən rayon YMH-də araşdırma aparılır.
|