Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 22 » Bankdakı girov azad edib
10:11
Bankdakı girov azad edib

Polis Berlində "Deutsche Bank”ın filialında girov götürüb partlayışla hədələyən şəxsi təslim olmağı razı sala bilib. Bu barədə APA "Frans Press”ə istinadən xəbər verir.

 

On saat davam edən danışıqlar müsbət nəticə verib: cinayətkar girov saxladığı şəxsi buraxıb, bundan dərhal sonra polis binaya daxil olub və banka basqın edən şəxsi həbs edib.

 

Agentliyin xəbərinə görə, cinayətkar saxlanılarkən heç bir müqavimət göstərməyib. Onun üzərində partladıcı qurğu olub-olmaması barədə məlumat verilmir.

 

Xatırladaq ki, dünən naməlum şəxs "Deutsche Bank”-ın Berlinin Selendorf rayonundakı filialına işin sonuna az qalmış daxil olub və içəridəkiləri onda partladıcı qurğu olması ilə hədələyərək, 1 milyon avro tələb edib. Cinayətkar bank işçisini girov götürüb. İyirmiyədək insan binadan qaçmağa müvəffəq olub. Hadisə yerinə 300-dək polis və xüsusi təyinatlılar cəlb olunub, bina və yaxın küçələr nəzarətə götürülüb.

 

Həbs olunan şəxs barədə tam məlumat verilmir. "Bild” qəzeti onun 20 yaşlı, idmançı bədən quruluşuna malik Almaniya vətəndaşı olduğunu bildirir.

 

Category: Kriminal | Views: 436 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:12
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012