Bakıda 3 mərtəbəli fərdi yaşayış evi yanır. Şahidlərin Trend-ə verdiyi məlumata görə, "Avropa" hotelinin yaxınlığındakı evin damında bu saatlarda yanğın başlayıb. Nəsimi rayon Yanğından Mühafizə Xidmətindən Trend-ə bildirilib ki, yanğınsöndürənlər hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində iş aparılır.
"Qafqazinfo” xəbər verir ki, yanan villa Baş nazirin müvini Abid Şərifova məxsusdur.
|