Oktyabrın 26-dan bu günədək Gürcüstan Baş Prokurorluğu 145 nəfər yeni əməkdaş işə götürüb.
Yerli mətbuata istinadən verilən məlumata görə, bu barədə Gürcüstanın baş prokuroru Arçil Kbilaşvili məlumat verib. Onun sözlərinə görə, bu 145 əməkdaşdan 99 nəfər prokuror, 29 nəfər isə müstəntiqdir.
Kbilaşvili bildirib ki, son 3 ay ərzində 46 nəfər prokurorluq sistemindən uzaqlaşdırılıb. Bu gün Gürcüstanda 393 nəfər prokuror və 72 nəfər müstəntiq çalışır. |