Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 26 » Bayram keçirməyin yeni erməni üsulu
13:26
Bayram keçirməyin yeni erməni üsulu

Erməni ailələri bayram süfrələrinin təşkili üçün bank kreditlərinə üz tutur

Orta statistik erməni ailəsi Yeni ili bayram etmək üçün ya varlı qohumlarından borc götürməlidir, ya da bank kreditlərinə üz tutmalıdır. Ermənistanın News.am portalı apardığı iqtisadi təhlildən sonra bu nəticəyə gəlib. 


Portal məsələyə orijinal yanaşıb və ərlə arvadın hər ikisinin orta maaşa işlədiyi erməni ailəsinin dolanışığının hesabatını aparıb. Təsəvvür edib ki, ailənin işləyən fərdinin hər biri ayda 119791 dram ($294) maaş alır, vergiləri ödədikdən sonra maaş 106,7 min drama ($262) düşür və bütövlükdə ailənin orta aylıq gəliri isə 213,5 min dram ($524) təşkil edir. Erməni statistikası adambaşına aylıq minimal yaşayış səbətinin qiymətini 37 min dram ($90), ailə üçün 148 min dram olduğunu göstərir. 

Məqalənin müuəllifi təsəvvür edir ki, bayrama hazırlaşan erməni ailəsi dekabrın puluna qənaət edir və Yeni il bazarlığı üçün onun 65 min dram ($160) pulu qalır. Portalın yazdığına görə, İrəvan bazarının indiki durumu üçün həmin pulu qəpik-quruş saymaq olar. Çünki ailə özü üçün bir kiloqramm qırmızı kürü almaq kimi kef addımı atarsa, buna 61 min dram xərcləməli olar ki, yerdə qalan dörd min dramı çörəyə və kərə yağa verə bilər ki, ailə Yeni ili yalnız kürü buterbrodu ilə qarşılamalı olar. 

Amma erməni ailələri təbii ki, bu addımı atmırlar, daha ciddi və konstruktiv Yeni il gecəsi keçirməyə üstünlük verirlər. Bunun üçün 1,7 min dram çörəyə və lavaşa verməlidir. Həmçinin iki kiloqram mal əti və bir kiloqram donuz əti almalıdır ki, buna da 8,5 min dram gedir. Bayramda donuz budu almğa 15-20 min dram lazımdır ki, ailə bundan imtina edir, yarım kiloqram kolbasa və 300 qramlıq basdırma ilə kifayətlənir ki, buna da 4,8 min dram pul lazımdır. Daha sonra puluna qənaət edən ailə yarım kilo balıq, bir kiloqram kərə yağ və bir kiloqram pendir alır ki, toplam xərci 23 min dramı keçir. Daha sonra ailə iki kil alma və bir armud, iki kiloqram mandarin və bir kiloqramm apelsin, bir kiloqram quru meyvə, yarım kiloqram çərəz, bir kiloqramm araxis, yarım kiloqram pomidor və yarım kilo xiyarla masanı bəzəyə bilər. Həmçinin bayram üçün şokolad, qəhvə və şəkər tozu da almalıdır. Bir butılka yerli araq və bir butılka "Saperavi" şərabı, həmçinin şampan şərabı, bir litr "Koka-Kola" aldıqdan sonra massa tam dolar. 

Amma orta erməni ailəsinin 50 min dramı xərclənmiş olar. Amma bayram süfrəsinə yemək bişirmək üçün un, kartof, tərəvəz və mayonez də lazımdır ki, buna da ən azı 5 min dram gedir. Orta statistik ailə 10 min dram (24 dollar) da hədiyyə almağa ayıra bilər. Göründüyü kimi, iki həftəlik milad bayramı üçün çox yoxsul, amma əhatəli bir bayram tətili təşkil etmək mümkündür. Amma bu şərtlə ki, ev sakinləri bayram bazarlığına əl vurmasın və sadəcə qonaqların gəlişini gözləsin. Özü də qonaqları da yalnız bir dəfə qəbul etmək olar, ikinci dəfə üçün yenidən bazara baş vurmaq lazımdır. 

Amma portalın yazdığına görə, bu, ən ideal vəziyyətdə belədir. Reallıqda əhalinin gəlirləri orta maaş göstəricisindən xeyli aşağıdır. Məsələn, pensiyaçılar ayda 27 min dram ($66) alırlar. Yəni pensiyaçı ailə başçısı 160 dollarlıq minimal bayram süfrəsi açmaq üçün təxminən 100 dollar da kənardan borc almalıdır. Əslində, portalın yazdığına görə, orta statistik erməni ailələri də öz pulları ilə bu minimal bayram süfrəsini təşkil etmək iqtidarında deyil. Çünki istehlak xərcləri heç də statistikanın göstərdiyi kimi aşağı deyil, reallıqda bu göstəricini xeyli üstələyir. Həm də erməni ailələrinin çox hissəsi orta statistik ailədən aşağı vəziyyətdə yaşayır, çünki orta maaş göstəricisi yalnız işləyənlər üzrə hesablanır və işsizlər nəzərə alınmır. Həm də özəl şirkətlərdəki yüksək maaşlar dövlət sektorunda çalışanların aylıq gəlirini bir neçə dəfə üstəlyir ki, bu da orta maaş göstəricisini avtomatik yüksəldir. 

Buna görə də portal birmənalı nəticə çıxarır: orta statistik erməni ailəsi hətta yuxarıdakı hesabatda göstərilən yoxsul bayram süfrəsini təşkil etmək iqtidarında deyil. Onlar bayram keçirmək üçün əlavə gəlir mənbəyinə malik olmalıdırlar - ya iki maaş almalıdırlar, ya da qeyri-rəsmi gəlirləri olmalıdır, yəni rüşvət də istisna edilmir. Amma sadə insanların böyük əksəriyyəti bu cür "xoşbəxtlikdən" uzaqdırlar. Ona görə də ya qohumlarından borc alırlar, ya da bank kreditlərinə üz tuturlar. Portalın yazdığına görə, bankdan bayram üçün kredit götürmə variantı artıq Ermənistanda yayılmağa başlayıb. 
Category: XƏBƏRLƏR | Views: 380 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Tuesday, 03.12.2024, 21:53
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012