Bayram günləri ərəfəsində Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni illə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsini, eyni zamanda heyvanlardan (mal-qara, quş, balıq, arı və digərləri), heyvan məşəli məhsullardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınması məqsədi ilə dekabrın 28-dən 31-dək ölkədə fəaliyyət göstərən bazar və yarmarkalarda qanunvericiliyə uyğun dövlət baytarlıq nəzarətini gücləndirmək məqsədi ilə reydlərin keçirilməsi nəzərdə tutulur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.