Pentaqon başçısının müavinin çəkiliş heyətinə Ben Ladenin zərəsizləşdirilməsi üzrə əməliyyatın məxfi sənədlərini ötürdüyü haqqında şayiələr yayılıb Dünyanın bir nömrəli terrorçusu Üsama Ben Ladenin dırnaqarası ovu haqqında çəkilmiş film artıq böyük ekranlarda nümayişindən qısa sonra siyasi rezonansa səbəb olub. "Bir nömrəli hədəf” döyüş filminin rejisyoru Ketrin Biqelou kifayət qədər siyasi-həssas mövzuya toxunmaqla, müdafiə nazirliyində çaşqınlıq yaradıb. Belə ki, Pentaqon başçısının müavini Maykl Vikersin çəkiliş heyətinə Ben Ladenin zərəsizləşdirilməsi üzrə əməliyyatın məxfi sənədlərini ötürdüyü haqqında şayiələr yayılıb. Pentaqon mətbuat katibi artıq məsələylə bağlı daxili araşdırmaya başlanıldığını desə də,Vikersin film yaradıcılarını yalnız məxfi olmayan məlumatları çatdırdığını deyib. Büdcəsi 40 milyon dollar olan "Bir nömrəli hədəf” filminin nümayiş olunduğu kinoteatrların sayı məhduddur, və film kütləvi prokatlara yalnız 2013-cü ildə çıxarılacaq.
Xatırladaq ki, Ketrin Biqelou 2007-2008-ci ildə də müharibə mövzusuna müraciət edərək, istehkamçının həyatından bəhs edən "Fırtınanın hökmdarı” adlı film çəkib, film həmin ildə nə az nə çox 6 nominasiya üzrə Oskar mükafatı götürüb.
|