Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 24 » BMT-də Azərbaycanın təşəbbüskarı olduğu qətnamə qəbul edildi
17:32
BMT-də Azərbaycanın təşəbbüskarı olduğu qətnamə qəbul edildi
BMT-nin Baş Assembleyasında Azərbaycan hökumətinin təşəbbüskarı olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) vasitəsilə rabitəliliyin yaradılması” adlı qətnamə qəbul edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, TASİM layihəsinin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda "rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini və özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.
 
Qətnamədə, həmçinin regionda telekommunikasiya tranzit yollarının inkişafına töhfə vermək məqsədilə hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq inkişaf institutları arasında əlaqələndirmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan hökumətinin irəli sürdüyü Avrasiya Rabitəlilik Alyansının təsis edilməsi təklifi əksini tapıb.   
 
Aparılan işlər nəticəsində TASİM təşəbbüsü müxtəlif regionlar tərəfindən dəstəklənib və BMT-nin bir sıra nüfuzlu ölkələri ona həmmüəllif kimi qoşulub.
 
Onların sırasında ABŞ, Avstraliya, Belarus, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Livan, Qazaxıstan, Mərakeş, Moldova, Özbəkistan, Pakistan, Rusiya Federasiyası, Şri Lanka, Tanzaniya, Türkiyə, Ukrayna, Yaponiya, Yeni Zelandiya və digərləri var.
Category: XƏBƏRLƏR | Views: 333 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:53
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012