Magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır
Bu gün ərzində paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Füzuli, Ş. Əzizbəyov, A. Qurbanov, M. İbrahimov küçələrinə içməli su fasilələrlə veriləcək."Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Ş. Əzizbəyov küçəsində yeni çəkilmiş 300 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır. Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abunəçilərdən üzr istəyir.