AzərTAc-a istinadən xəbər verilir ki, Bakıda və Abşeron yarımadasında gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, arabir yağış yağacağı gözlənilir. Temperatur gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq. Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət 90-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı ehtimal olunur. Temperaturun gecə 2-7 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı ehtimal edilir. Temperaturun gecə 2-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Temperatur gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər duman olacaq. Temperatur gecə 2 dərəcə şaxtadan 3 dərəcəydək isti, gündüz 5-10 dərəcə isti olacaq.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın arabir yağıntılı olacağı, dağlarda qar yağacağı ehtimal edilir Temperaturun gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta olacağı gözlənilir.
|