Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 21 » 'Bu gün üç hadisə baş verəcək, qarşısını heç kim ala bilməyəcək'
11:28
'Bu gün üç hadisə baş verəcək, qarşısını heç kim ala bilməyəcək'
Səbuhi Rəhimli: "Məhəmməd peyğəmbər deyib ki, dünyanın sonuna 100 il qalmış yer üzündə bir nəfər də ibadət edən olmayacaq”

"Qiyamət gününün kökü uzaqlara gedir. Bu haqda tarix boyu danışılıb. Hətta ötən ilin bu vaxtlarında mən məcbur olub "2012 - dünyanın sonu” adlı kitab yazdım. Kitabda dünyanın sonu haqqında fikirlərimi, eləcə də təqvimləri qeyd etmişəm. Dünyada belə kitablar çox çıxıb. Biz bu kitaba hətta islami yanaşmaları da əlavə etmişik. Çünki "Qurani-Kərim”də də qiyamətlə bağlı ayələr var. Bu kitabı ona görə çap etmişdim ki, vətəndaşlarımız bunun vasitəsilə qiyamət haqqında məlumatlı olsunlar və bu günə hazırlaşsınlar. Təəssüf ki, bu günə qədər qiyamət gününə dair insanların içində dəhşətli xof var. Məsələnin kökü ondadır ki, dünya yaranandan, ibtidai insanlardan tutmuş indiyə qədər hamı dərk edir ki, bir gün yaranan bir gün də öləcək. Dünyanın dağılması barədə qədim əsatirlərdən tutmuş dini kitablara qədər danışılır. Amma dünyanın dağılacağı günün konkret tarixini heç kim bilmir. Məhz qiyamətin vaxtını heç kim bilmədiyi üçün bu məqamdan istifadə edən siyasətçilər, dəllallar, iş adamları sui-istifadə edirlər. Təbii ki, insan axirət, dünyanın sonu haqqında düşünərkən maddiyatı heç ağlından keçmir. Həmin adamlar bu amildən istifadə edirlər. Çünki burada qazanc, iqtisadi gəlirlər, populyarlıq məsələsi var”.

Bunları bu gün "Gündəlik Teleqraf" qəzetinə dünyanın dağılacağı, qiyamətin qopacağı haqda fikirləri şərh edən astroloq Səbuhi Rəhimli deyib.

Onun sözlərinə görə, qiyamət günü haqda ona gündə onlarla müraciət daxil olub: "Məni təəssüfləndirən odur ki, bu zəngləri ziyalılar, həkimlər, hətta professorlar edirlər. Onlar bu gün dünyanın dağılacağından qorxurlar. Əlbəttə, bu, ümidsizlik və məlumatsızlıqdan yaranır. Əslində burada qeyri-adi heç nə yoxdur. Adi orta məktəb astronomiyasını yaxşı oxuyan uşaq görər ki, bu adi planetlər hərəkətidir. Digər tərəfdən, çox qəribədir ki, bu deyim ortaya atılanda rəsmi qurumlar, elm və din adamları ortaya çıxıb qiyamətin olacağı haqqında iddiaları təkzib etmədilər. Bu da insanları lap qorxutdu. Hətta bəzi televiziyalar şou düzəltdilər və Allahdan uzaq insanları ekrana çıxartdılar. Bu insanlar da bilmədikləri məsələlər haqqında danışmağa başladılar. Hətta Dalay Lamanin xəbəri olmadan onun adından NASSA-ya məktub yazdılar. Halbuki bunu dərhal təkzib etmək olardı, lakin etmədilər. Bu, onu göstərdi ki, siyasi maraq öndədir. Görünür, insanları daha çox güc, pul, şayiə maraqlandırır. Mən 21 dekabrda qiyamətin baş verəcəyi haqqında iddiaları təkzib edirəm. Acınacaqlısı odur ki, insanlarımız bunu oxuya-oxuya yenə də qiyamətin olacağına inanırlar”.

S. Rəhimli deyib ki, qiyamət məsələsi bu günə qədər zaman-zaman səsləndirilib: "666-cı ildə qiyamət haqqında danışılıb və bu zaman 666 rəqəmi əsas olaraq götürülüb. 1999-ci ildə və hətta ilin əvvəlində keşiş məqalə yazmışdı ki, may ayında dünyanın sonu olacaq, yalnız Avropanın üçdə biri qalacaq. Amma normal məntiq bunu demir. Hazırda alimlər, qiraətçilər və mütəxəssislər qiyamət günü haqqında fikirlərini deyirlər. Biz də planetlərin trayektoriyası ilə məşğul olduğumuz üçün dərhal hesablamalar apardıq, 21 dekabrın astroloji mənzərəsini yaratdıq, xəritəsini qurduq. Həmin gün üçün planetlərin paradı da olmayacaq. Maya təqvimi 4 kitabdan ibarətdir. İkinci kitab daş kitabədir və orada proqnoz yoxdur, sadəcə, tarix yazılıb. Orada astronomik baxımdan yazılıb ki, dekabrın 21-də planetlərin paradı olacaq. Bundan başqa bir şey yazılmayıb. Heç üçüncü və dördüncü kitabdan danışmırlar. Ümumiyyətlə, nə Vanqada, nə Nastrodamusda, nə də digər öncə görənlərin heç birində dünyanın sonu olacaq məsələsi qeyd edilməyib. Qiyamət haqqında yalnız dini kitablarda bəhs edilib və əsasən əlamətlər göstərilib. Dini baxımdan mən həmişə bir hədisə söykənirəm. Məhəmməd peyğəmbər deyib ki, dünyanın sonuna 100 il qalmış yer üzündə bir nəfər də ibadət edən olmayacaq. Bu gün isə biz görürük ki, ibadət edənlərin sayı artır. Bu gün planetlər öz axarı ilə hərəkət edir və hərəsi öz funksiyasına uyğun olaraq firlanır. Təbii ki, planetlər nə zamansa düz xətt üzrə də fırlanır. Bu hal 1996, 2001 və 2007-ci illərdə olub. Ancaq bu dəfə heç planetlərin paradı da olmayacaq. Bir xətt üzrə yerlə günəşin arasında cəmi iki planet olacaq. Onlar da günəşə yaxın olduqları üçün heç yerə kölgəsi də düşməyəcək. Yerə kölgə salan ancaq aydır, bu da ildə 2-3 dəfə baş verir. Bu zaman yerə müəyyən çərçivədə qaranlıq sala bilər. Bu da ən çox halda 2 saat olub. Əslində bu dünyanın axırı deyil”.

Sonda astroloq deyib ki, bu gün üç hadisə baş verəcək və bu hadisələrin qarşısını nə NASSA, nə də başqa texnologiya vasitəsi ilə almaq olar: "Birincisi, Günəş Oğlaq bürcünə girəcək. İkincisi, 21 dekabrda ilin ən uzun gecəsi olacaq. Üçüncüsü, 21 dekabrda qış fəsli başlayacaq. Bu üç məsələdən savayı başqa bir şeylər olmayacaq. Tutaq ki, dekabrın 21-də haradasa terror, daşqın və ya meşə yanğını ola bilər. Amma bunun qiyamətlə heç bir bağlılığı yoxdur. Azərbaycanda, ümumiyyətlə, adi bir gün olacaq. Amma kimsə elektrik enerjisini kəsə bilər ki, insanlar bir qədər qorxsun. Əlbəttə, cəmiyyətdə qorxu var. Ancaq nəzərə alın ki, cahil inanc daha çox olanda, oturub bütün günü falçılara, şoulara baxanda axırı belə olur. Qiyamət xəbərlərinə görə, indiyə qədər 12 mindən çox insanın öldüyü deyilir. Məncə, vətəndaşlarımız narahat olmamalıdır. Hər hansı bir qeyri-adilik gözləmirəm”
Category: XƏBƏRLƏR | Views: 350 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 14:09
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012