Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Bütün Qafqazın Şeyxi bəzi beynəlxalq təşkilatları qərəzlilikdə suçladı
14:00
Bütün Qafqazın Şeyxi bəzi beynəlxalq təşkilatları qərəzlilikdə suçladı
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bəzi beynəlxalq təşkilatları qərəzlilikdə suçlayıb.
"Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə ümid bəsləyirik. Lakin XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımını törətmiş bir ölkəni beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb etmək yönümündə heç bir səy göstərməyən "Freedom House" təşkilatının və bu qəbildən olan Avropa təsisatlarının qərəzli mövqeyi açıq-aydın görünür". Bunu Paşazadə Bakıda çərşənbə günü keçirilən "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" I Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

Paşazadə bildirib ki, Avropa ölkələrində insan haqlarının kifayət qədər pozulduğu, terror və ekstremizm hallarının tüğyan etdiyi halda bəzi Avropa təşkilatlarının qeyri-obyektiv ictimai rəy formalaşdırmaq istəyi heç bir məntiqə sığmır.

Qeyd edək ki, iki gün davam edəcək Forumda mövzu ilə bağlı bir sıra panellər də keçiriləcək. Sonda isə Bakı Platforması qəbul olunacaq.
Category: XƏBƏRLƏR | Views: 364 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 12:58
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012