Dekabrın 29-da Cəlilabad rayonunda intihar hadisəsi baş verib. Azeri-Xeber.ucoz.com xəbər verir ki, Uzuntəpə kəndində 1994-cü il doğumlu Əmirov Sadiq Məhərrəm oğlu yaşadığı evin həyətində özünü asaraq,intihar edib. 18 yaşlı oğlanın meyiti həyətdəki yardımçı tikilidə aşkarlanıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir.