Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Cəlilabadda məktəbdə qız üstündə qan töküldü
16:32
Cəlilabadda məktəbdə qız üstündə qan töküldü

Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham olunan Cəlilabad rayon sakini Fərid Təhməzovun cinayət işi üzrə məhkəmə başa çatıb. 

Xəbər verilir ki, ittihama görə, bu ilin mayın 13-də Cəlilabad rayonunun Göytəpə kəndinin 2 saylı orta məktəbdə, 10-cu sinif şagirdi, 1996-ci il təvəllüdlü Fərid Təhməzov mübahisə edərək öz sinif yoldaşı, 1995-ci il təvəllüdlü Qürbət Manafovu məktəbin həyətində bıçaqlayıb.

Xəstə yaralı vəziyyətdə Cəlilabad şəhər Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib. Böyrək nahiyəsindən aldığı yara ağır olduğundan o, daha sonra dəqiq müayinə üçün Lənkəran şəhərinə aparılıb. Ona tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub. 

Araşdırmalar zamanı müəyyən edilib ki, Qürbət Manafov məktəbdə Fərid Təhməzovun sevdiyi qıza söz atıb. Bu zaman məktəblilər arasında mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib. Dava zaman Fərid Təhməzov özündə olan bıçaqla Qürbət Manafova bir neçə zərbə vurub. 

Hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Fərid Təhməzov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
Category: Kriminal | Views: 420 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:25
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012