Tapança ilə hücum edən şəxs qarşı tərəfin bıçaqlı hücumu ilə öldü
Türkiyənin Düzce şəhərində baş vermiş tapançalı və bıçaqlı davada 1 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb. Hadisə şəhərin Çay məhəlləsindəki çayxanalardan birində meydana gəlib. Məlumata görə, şəhər sakini Səlahəddin Çon naməlum səbəblə bir neçə nəfərlə mübahisə edib. Məsələnin böyüməsi ilə S. Çon tapançasının çıxararaq hara gəldi atəş açmağa başlayıb. Nəticədə çayxanada olan 4 nəfər və yoldan tədüfən keçən 1 nəfər xəsarət alıb. Qarşı tərəf isə əks hücuma keçərək Səlahəddin Çonu bıçaqla yaralayıb. Yaralılar xəstəxanaya çatdırılsa da, S. Çonun həyatını xilas etmək mümkün olmayıb.