Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Çoban manyaka necə çevrildi? – cinayət tarixi
12:22
Çoban manyaka necə çevrildi? – cinayət tarixi

Kəndin kən.

Şəmkir rayonunun Tatar kənd sakini Arif  Rəşid oğlu Babayev kənddə günəmuzd fəhləlik etməklə çörək pulu qazanıb. 1998-ci ildə fəhlə işlədiyi evdən oğurluq etdiyi üçün Şəmkir məhkəməsi tərəfindən 1 il müddətinə azadlıqdan məhrum edilib.

Azadlığa çıxan Arif  heyvandarlıqla məşğul olmağa başlayıb. 2005-ci ildə kənd sakini ilə ailə həyatı qurub. 2 uşaq atası olan Arif Babayev vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün təqaüddə alıb.

Adi günlərin birində axşama tərəf Arif otlaq sahəsində olan heyvanlarını evə gətirmək üçün Zəyəm çayı tərəfə gedib. Yolda qonşusu Fazil Alıyevlə rastlaşıb. Fazil də heyvanlarının dalınca getdiyindən qonşular çay tərəfə bir yerdə gediblər.

Çaya çatanda onlar sahildə "VAZ”- 2107 markalı avtomobildə oğlanla qızın eyş-işrətlə məşqul olmasını görüblər. Avtomobildə olan 43 yaşlı Cəlilli kənd orta məktəbində idman müəllimi işləyən Yaşar Cəfərov və Yanıqlı kənd sakini Leylanı (ad şərti verilib) tanıyan Fazil yoluna davam edib.

Kənd məktəbində müəllim işləyən Yaşar Cəfərov 2 qız atası olub. Oğlunun olmasını istəyən Yaşar müəllim qonşu Yanıqlı kənddən olan Leyla ilə münasibətdə olub ki, ondan oğlu olsun.

Avtomobildə olan qadın da bekar olmayıb. Leyla 7 ilə yaxın müddətdir ki, Türkiyə vətəndaşı ilə qeyri-rəsmi münasibətdə olub.

Arif  Babayev avtomobilə yaxınlaşıb. Maşında olanların qucaqlaşdığını görən Arif avtomobilin pəncərəsini döyərək onlardan kənddən uzaqlaşmalarını və kəndin kənarının əxlaqsızlıq üçün yer olmadığını bildirib. Yaşar isə onun nə etdiyinin ona aid olmadığını və söyüşlə yoluna davam etməsini məsləhət görüb.

Bundan sonra Arif  Babayev avtomobilin arxa qapısını açaraq Yaşarın boğazından tutub. Sonra avtomobildə olan bıçağı götürərək Yaşarı ölümdən hədələyib. Lakin Yaşar sakitləşmək əvəzinə onun üstünə gəlib. Nəticədə Arif əlində olan bıçaqla onun boğazını kəsərək avtomobilin arxa oturacağına uzadıb. Arif  Leylaya sakit qalacağı təqdirdə onu öldürməyəcəyini bildirib.

Bundan sonra Babayev Yaşarın avtomobili "Xınna” dərəsinə sürüb. Dərədə maşını saxlayan Arif  Leyladan maşından düşməsini tələb edib. Leylanı kolluq bir yerə aparan Arif orada ona "məndən, rəhmətliklə gördüyün kefdən yaxşısını görəcəksən” deyib. Bıçaqla qızı hədələyən gözləri qan tutmuş Arif onu zorlayıb.

Arıf qızla əlaqədə olan zaman kiminsə onları güddüyünü hiss edərək tez ayağa qalxıb. Bu vaxt Arif Əvəz adlı tanışının onların olduğu yerə yaxınlaşdığını görüb. Arif  heç nə olmamış kimi Əvəzə avtomobilin xarab olduğunu və ondan maşının işə salınması üçün kömək istəyib. Avtomobili itələyən Əvəz maşında meyid olduğunu görməyib.

Leylanı da avtomobilə əyləşdirən Arif maşını Zəyəm çayını sahilinə sürüb.

Arif orada Yaşarın meyidini avtomobildən düşürərək üzərinə neft töküb. Leyla əllərini yumaq üçün Arifdən icazə istəyib. Babayev icazə verib. Çaya düşən Leyla əlini yuyandan sonra Ariflə aralarında bir qədər məsafə olduğunu görəndə kəndə tərəf qaçmağa başlayıb.

Arif əvvəlcə Leylanın arxasınca getsə də sonradan geri meyitin yanına qayıdıb. Babayev avtomobildə olan paltarları meyidin ayaqları arasına qoyaraq cinsiyyət orqanını yandırmaq istəyib. Arif  Babayev meyitin üzərinə tökdüyü nefti alışdırıb. Lakin sonra fikrini dəyişib alovu söndürərək meyidi dərədən atıb.

Bundan sonra Arif  Babayev mərhumun avtomobilə əyləşərək yaşadığı kəndə tərəf qayıdır. Yolda avtomobilin yanacağı qurtardığından o yolun qalan hissəsini piyada evinə gəlir.

Bu müddətdə manyakın əlindən qaçan Leyla əvvəlcə evinə sonra isə polisə gedib baş verənləri danışıb.

Axşam saat 11 radələrində evinə gələn Arif əynindəki paltarları çıxardaraq həyat yoldaşına onları yumağı tapşırır. Əynini dəyişən Arif Babayev Köhnəqala kəndinə borcunu almağa gedir. Borcunu alıb geri qayıdanda yolda Arifi polis əməkdaşları saxlayır. Polis tərəfindən saxlanılan Arif törətdiyi əməli səmimi etiraf edib.

İstintaq orqanı onun əməlini Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsinin bir neçə bəndi, meyid üzərində təhqiredici hərəkətlər etmə, zorlama, qanunsuz azadlıqdan məhrum etmə maddələri ilə qiymətləndirib.

İş baxılması üçün məhkəməyə göndəriləndə Arif  Babayev özünü zorlamada təqsirli bilməyib. İstintaq müddətində bir-neçə ay istintaq təcridxanasında yatan A.Babayev zorlama maddəsi ilə təqsirli bilinən dustaqların həbsxanada günlərinin ağır olduğunu başa düşüb.

Buna görə də istintaq dövründə qadını necə zorlamasını təffərrüatları ilə danışan Arif məhkəmədə Leyla tərəfindən şərləndiyini bildirib.

Lakin iş üzrə keçirilən ekspertizalarda zorlama faktı təstiqini tapıb.

Məhkəmə Arif  Rəşid oğlu Babayevi elan olunan ittihamla təqsirli bilib 15 il müddətinə azadlıqdan məhrum edib.

Category: XƏBƏRLƏR | Views: 339 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 08:23
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012