Amerika Erməni Milli Komitəsi senator Con Kerrinin dövlət katibi postuna namizəd irəlü sürülməsini sevinclə qarşılayıb. Təşkilat yaydığı açıqlamada bəyan edib ki, "Con Kerri çoxdan bəri erməni icması ilə əməkdaşlıq edir”. "Biz Barak Obamanın bu bu qərarını alqışlayırıq” -deyə qurumun icraçı direktoru Aram Ambaryan bildirib. Con Kerri özünün ermənilərə məhəbbəti ilə çoxdan tanınıır. Məhz o Fransis Rikardonenin Türkiyəyə səfir göndərlməsini əngəlləyib. Rikarodone "soyqırımı” mifinin qatı əleyhdarı idi. 90-cı illərdə Azərbyacana qarşı qəbul edilmiş "907-ci düzəliş”in qəbul olunmasında xüsusi xidmətləri olan Kerri Bakıda ABŞ yardımını qadağan edən sənədin müəlliflərindən biri kimi xatırlanır. Con Kerri 2004-cü ildə eks-prezident oğul Corc Buşun seçkilərdə rəqibi olub.
|