88 yaşlı eks-prezidentin hərarəti düşmür Bir aydan çoxdur Amerikanın Hyuston şəhərindəki xəstəxanada olan ABŞ-ın eks-perzidenti Corc Buşun (ata) səhhəti pisləşib. Azeri-Xeber.ucoz.com İTAR-TASS-a istinadən xəbər verir ki, keçmiş prezidentin nümayəndəsi Cim Makqresin sözlərinə görə, 88 yaşlı Corc Buşun temperaturu bir neçə gündür yüksəkdir və həkimlər bunun səbəbini tapmaqda çətinlik çəkirlər. Ata Corc Buş bronxitdən müavlicə üçün noyabrın 23-də xəstəxanaya yerləşdirilib. Hazırda öskürək onu narahat etmir. Milad bayramında həyat yoldaşı Barbara, oğlu Nil və həyat yoldaşı, eləcə də, nəvələrindən biri Corc Buşu ziyarət ediblər. Corc Buş Parkinson xəstəliyinə tululub və əlil arabası ilə hərəkət etməyə məcburdur. Baxmayaraq ki, o, 75, 80 və 85-ci ad günlərini paraşütdən tullanmaqla qeyd etmişdi.
Ata Corc Buş ABŞ-ın 41-ci prezidentidir. O, 1989-1993-cu illərdə Amerikaya rəhbərlik edib. Bundan əvvəl isə Ronald Reyqanın administrasiyasında vitse-prezident olub.
|