Bu barədə Suraxanı Rayon Polis İdarəsindən bildirilib.
Hadisələrdən biri rayonun Yeni Günəşli qəsəbəsi, "AB” yaşayış massivi, ev 54, mənzil 39 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 12 yaşlı Rahib Pərviz oğlu Nəbiyev yaşadığı evin hamamında dəm qazından boğularaq dünyasını dəyişib. R. Nəbiyev 6-cı sinifdə oxuyurmuş.
Bundan başqa, Suraxanı rayon sakini 58 yaşlı Bəhruz Daşdəmirov da yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.
Hər iki faktla bağlı araşdırma aparılır.