Onlar evlərində dəm qazından zəhərləniblər
Azərbaycanda dəm qazından iki nəfər ölüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 21-də Sumqayıt şəhər sakini Nicat Qocayev mənzilində dəm qazından zəhərlənərək ölüb. Dekabrın 22-də isə Qazax rayonunda yaşayan Aygül Omarova evində dəm qazından zəhərlənərək ölüb.