Main » 2012 » December » 19 » Dərman qəbul edən insanlar, diqqət!
11:42 Dərman qəbul edən insanlar, diqqət! |
mədədə qanama ola bilər, ürək döyüntüsü dəyişər, böyrəkdə iltihablanma və ani ölüm halı yarana bilər
İslamazeri.az İnternet Qəzetinin BMJ-ə istinadən verdiyi xəbərə görə, elm adamlarının araşdırmalarına görə, qreyfurt meyvəsi bəzi dərmanların qəbulu zamanı çox təhlükəlidir. Belə ki, qreyfurt hər hansı dərmanın təsirini 20 qat artıra bilir, bu isə hətta ölüm deməkdir. Hansı dərmanda bu təsiri yaratdığı tam olaraq siyahı kimi insanlara təqdim edilmədiyindən, mütəxəssislər ümümiyyətlə dərman qəbul edilən zaman bu meyvədən uzaq olmağı məsləhət görürlər.
Dünyada geniş şəkildə araşdırılan bu meyvə, bir çox apteklərdə insanlara xəbərdar edilir. Onunla eyni qəbul edilən dərman, 1 ədəddirsə, o, 6-7 dənənin təsirini yaradır. Bir dərmanın qəbulu dozadan artıqdırsa əgər, o, zəhər tərkiblidir. Bu səbəblə də qreyfurdun dərmanın dozasını qaldırması insan sağlamlığı üçün çox təhlükəlidir.
Bəzi insanlar meyvə şirələri ilə dərman içirlər ki, bəlkə daha yaxşı təsir yaradar, ancaq bu səhv bir düşücədir. Xüsusilə də, qreyfurt şirəsi ilə. Mütəxəssislərin rəylərinə əsasən, bildirilir ki, bu cür hallar 40-45 yaşdan yuxuarı insanlarda çox daha pis təsir göstərə bilər. Çünki o, insanlarda həssaslıq daha çoxdur. Əks təsir bu şəkildədir: mədədə qanama ola bilər, ürək döyüntüsü dəyişər, böyrəkdə iltihablanma və ani ölüm halı yarana bilər.
|
Category: XƏBƏRLƏR |
Views: 371 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|