Millət vəkilləri ölkə futboluna dəstək məqsədilə bu addımı atırlar
Milli Məclisin futbol komandası 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan mini-futbol turnirinə qatılacaq. Bu barədə Modern.az-a deputat Fazil Mustafa məlumat verib. "Neftçi", "Kəpəz", "Xəzər Lənkəran” və başqa veteran komandaların iştirak etdiri yarışda parlamenti Ülvü Quliyev, Fuad Muradov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Adil Əliyev, Fazil Mustafa, Zahid Oruc, Asəf Hacıyev, Aslan Kərimov, Rauf Əliyev, Azay Quliyevin təmsil eədcəyi gözlənilir. F.Mustafanın sözlərinə görə, deputatların sözügedən turnirə qatılmasında əsas məqsəd ölkədə futbolunun inkişafına dəstək verməkdir.