Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » Din siyasəti ilə məşğul olan müxtəlif ölkələrin dövlət rəsmiləri Bakıya toplaşır
12:19
Din siyasəti ilə məşğul olan müxtəlif ölkələrin dövlət rəsmiləri Bakıya toplaşır
Bakıda "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunu keçirəcəkdir

Xəbər verdiyimiz kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə 19-21 dekabrda Bakıda "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunu keçirəcəkdir. Foruma dünyanın müxtəlif ölkələrinin din siyasətilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların qatılacağı gözlənilir.   Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, dəvət olunan qonaqlar arasında Türkiyə, Misir, İran, İordaniya, Malaziya, Küveyt kimi müsəlman ölkələri ilə yanaşı, İngiltərə, Fransa, ABŞ və Rusiyadan din sahəsi üzrə çalışan din xadimləri, rəsmi şəxs və mütəxəssislər qatılacaqlar.  

Forumda Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Mehmet Görməz, İran İslam İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad, Küveyt Vəqflər və İslam İşləri nazirinin müavini Adel əl Fəlah, Misir Ərəb Respublikası  Vəqflər nazirinin müavini Camal Abdul Səttar Məhəmməd və başqa rəsmi şəxslərlə yanaşı, çox milyonlu tele-auditoriyası olan tanınmış ilahiyyatçı  Nihat Hatipoğlu, İstanbul Patriarxıyasının Mitropoliti Nikitas, MDB Dinlərarası Şurasının İcraiyyə Komitəsinin həmsədri Şafiq Pşixaçev, ABŞ-ın Kaliforniya Universitetində (UCLA) "Hillel” Yəhudi Mərkəzinin direktoru Xaim Saidler Fellerməşhur politoloq Heydər Camal da daxil olmaqla din sahəsində tanınmış adların Beynəlxalq Foruma qatılacağı gözlənilir.  

"Tolerantlıq: konsepsiya və ictimai baxış”, "Dövlət-din münasibətlərində müasir meyllər”, "Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli”, "Tolerantlıq və ifadə azadlığı”, "Universal Dialoq axtarışında” adlı 5 plenar iclasın keçiriləcəyi Beynəlxalq Forum çərçivəsində qonaqlar İçəri şəhərdə dini-mədəni abidələrlə tanış olacaq, "Tolerantlıq ünvanı - Azərbaycan” adlı foto sərgidə iştirak edəcəklər. Forumun sonunda Bakı Xartiyasının qəbul olunacağı gözlənilir.

azeri-xeber.ucoz.com

Views: 628 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 04.05.2024, 18:35
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012