Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 20 » Dünyanın din xəritəsi - ARAŞDIRMA
09:13
Dünyanın din xəritəsi - ARAŞDIRMA
Dünya əhalisinin 32 faizi xristianlar, 23 faizi müsəlmanlar, 15 faizi hinduslar, 7,1 faizi buddistlər, 0,2 faizi yəhudilərdir.

More Sharing Servicer hansı dinə inanmayanlar, yəni ateistlər isə dünya əhalisinin 16,3 faizini təşkil edirlər.


Dünyanın ən məşhur sosioloji araşdırma mərkəzlərindən biri olan Pew Research Center (ABŞ) dünyanın dini xəritəsini hazırlayıb.

230 ölkə və bölgədə aparılmış araşdırmaların nəticələrinə görə, dünyadakı hər 10 insandan 8-i hansısa dini qrupun tərkibindədir.
Yəni 6,9 milyard insanın 84 faizi dindarlardır.

Hazırda dünyada 2,2 milyard xristian, 1,6 milyard müsəlman, 1 milyard hindus, 500 milyon buddist və 14 milyon yəhudi yaşayır.
Afrika, Amerika, Asiya və Avstraliyada yerli inanclara etiqad edən 400 milyon insan var ki, bu da dünya əhalisinin 6 faizini təşkil edir.

58 milyon insan caynizm, siqhizm, sintoizm, taoizm, tenrikyo və zərdüştilik kimi inanclara etiqad edənlərdir.

Dünyada heç bir dini qrupa aid olmayan 1,1 milyard insan var.
Dinsizlər, yəni ateistlər dünyada xristianlar və müsəlmanlardan sonra ən böyük üçüncü qrupdur.
Həmin qrupda Tanrıya inanan, amma özünü hər hansı dini qrupda görməyən adamlar da var.
Dini qrupların məskunlaşma coğrafiyasına baxsaq, Asiya-Sakit Okean bölgəsinin əhalisinin 99 faizini hinduslar və buddistlər təşkil edir.

Dünyadakı insanların 58,8 faizi Asiya-Sakit Okean bölgəsi, 11,9 faizi Sahara səhrasından cənubda, 10,8 faizi Avropada, 8,6 faizi Latın Amerikasında, 5 faizi Şimali Amerikada, 4,9 faizi Yaxın Şərq və Şimali Afrikada yaşayır.

Asiya və Sakit okean bölgəsi dünyadakı müsəlmanların 62 faizinin yaşadığı məkandır.
Müsəlmanların 20 faizi Yaxın Şərq və Şimali Amerikada, 16 faizi Sahara səhrasından cənubda yaşayır.
Avropa ölkələrinin əhalisinin cəmi 2 faizi müsəlmandır.

Xristianların 26 faizi Avropada, 24 faizi Latın Amerikası və Karib hövzəsində, 24 faizi Afrikanın Sahara səhrasından cənub bölgələrində, 20 faizi Cənubi Amerikada yaşayır.

Yəhudilərin 44 faizi Şimali Amerikada, 41 faizi İsraildə yaşayır.

Hindusların 97 faizi Hindistan, Nepal, Birma, Vyetnam və Laosda, xristianların 87 faizi isə xristianların əksəriyyət təşkil etdikləri 157 ölkədə yaşayırlar.
Əhalisinin əksəriyyəti müsəlmanlar olan 49 ölkənin 19-u Yaxın Şərq və Şimali Afrikadadır.

Buddistlərin 72 faizi yaşadıqları ölkədə çoxluq təşkil edirlər.
Onların ən çox olduqları ölkələr Myanma, Kamboca, Laos, Monqolustan, Şri-Lanka və Taylanddır.

Dini qrup mənsublarının yaşlarına baxdıqda, orta statistik yaşları 23 olan müsəlmanlar liderdirlər. Hindusların orta yaşı 26, xristianların yaşı 30, dünyanın digər etiqad və inanc mənsublarının orta statistik yaşı isə 32-dir.
Yəhudilərin orta statistik yaşı 36-dır.

Category: DİN | Views: 670 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Sunday, 24.11.2024, 15:16
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012