Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 19 » Dünyanın jurnalistlər üçün ən təhlükəli ölkəsi açıqlandı
09:42
Dünyanın jurnalistlər üçün ən təhlükəli ölkəsi açıqlandı

Bu il dünyada 67 jurnalist zorakılığın qurbanı olub


Beynelxalq Jurnalistlərin Müdafiəsi Komitəsi dünyanın jurnalistlər üçün ən təhlükəli ölkələri ilə bağlı hesabat açıqlayıb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, jurnalistlər üçün ən təhlükəli ölkə bu il 28 reportyorun vəzifəsini icra edərkən öldüyü Suriyadır. Bütövlükdə bu il dünyada 67 jurnalist zorakılığın qurbanı olub. Bu, ötən ilki göstəricidən 24 nəfər çoxdur.


Jurnalistlik fəaliyyətinin risk sayıdığı ikinci ölkə Somalidir. Orada il ərzində 12 KİV əməkdaşı ölüb. Ardıcıl iki il siyahıya başçılıq edən Pakistan bu dəfə üçüncü yerdədir. Bu ölkədə 7 reportyor öldürülüb. 

Jurnalistlər üçün ən təhlükəli ölkələr arasında Braziliya (4 jurnalist öldürülüb), Meksika, Nigeriya, Hindistan, Ekvador, Tayland, Banqladeş, Filippin, İndoneziya və Kambocadır (hər birində 1 jurnalist qətlə yetirilib).

Hesabadta deyilir ki, Suriya istisna olmaqda Yaxın Şərq və Şimali Afrikada jurnalist qətllərinin sayı azalıb. Bundan başqa, 2003-cü ildən indiyədək ilk dəfə İraqda jurnalist öldürülməyib.

Bu il Rusiyada bir jurnalist qətli qeydə alınıb: dekabrın 5-də Nalçikdə televiziya əməkdaşı Kazbek Qekkiyev öldürülüb. 

Hazırda Komitə 2012-ci ildə jurnalistlərin ölümü ilə nəticələnən 30 hadisə ilə bağlı araşdırma aparır və onların həlak olanların peşə fəaliyyəti ilə bağlılığının olub-olmamasını araşdırır.

Hesabat müəlliflərinin sözlərinə görə, 2012-ci il araşdırmaların aparıldığı 1992-ci ildən bu yana jurnalist ölümünün sayına görə üçüncüdür. Bu göstəriciyə görə rekord 2009-cu ildə qeydə alınıö: həmin il 74 jurnalist öldürülmüşdü. İkinci yerdə 70 jurnalistin həlak olduğu 2007-ci ildir.
Category: XƏBƏRLƏR | Views: 320 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 13:56
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012