Main » 2012»December»21 » Dünyanın sonu ilə bağlı bunkerə bilet satılır (VİDEO)
10:54
Dünyanın sonu ilə bağlı bunkerə bilet satılır (VİDEO)
Moskva mərkəzində yerləşən bunkerə giriş 1000 dollar olub
Rusiyada Soyuq müharibə dönəmlərin sovet liderlərini potensial nüvə hücumundan qorumaq üçün nəzərdə tutulmuş bunker, dırnaqarası "Apokalipsis" günündə pullu sığınacağa çevriləcək. Artıq cümə gününü həmin bunkerdə keçirmək arzusunda olanlar üçün 1000 dollardan biletlər də satılıb. 42 saylı bunker Moskvada, Kremlin yaxınlığında, 56 metr dərinlikdə yerləşir və ən çoxu 300 nəfəri götürə bilir. 1956-cı ildə tikilmiş gizli bunker, 2006-cı ildən bəri muzey qismində fəaliyyət göstərir.
Bunkerə düşə bilmək üçün müştərilər ilk öncə liftlə 18 mərtəbə yerin dibinə enəcək. Bunkerin bələdçisi Aleksey Pavlovski, kritik günü maksimum komfort və təhlükəsizlikdə keçirməyin insanlarda sakitlik hissi yaratdığını deyib. Bununla belə 21 dekabr gününün bunkerdə parti şəklində qeyd ediləcəyini deyib.
Qeyd edək ki, 21 dekabr ajatajı ilə bağlı sığınacaq xidmətləri təklif edən kurortların və istirahət mərkəzlərinin də sayı az deyil. Məsələn, Serbiyanın Rtanj dağının zirvəsində yerləşən bir mehmanxana, apakalipsdən qorunmaq üçün ən ideal yer olduğunu iddia edir.