Rusiyanın Seqiyev Posad şəhərinin sakini 73 yaşlı Qalina Şiryayeva dekabrın 20-də «Qızıl Ordu» prospektində yaşadığı binanın 13-cü mərtəbəsindən özünü atıb. Bu təqaüdçü qadını tanıyanlar deyib ki, onun intiharına səbəb «dünyanın sonu haqqında gəzən söhbətlər»dir. Polis olay yerindən bir qeyd də tapıb. Orada belə yazılıb:«29-cu proqramdan canımı qurtarmalıyam. Daş da daş kimidir. Mənim yox olmağımı kimsə hiss etməyəcək». Hələlik bu qeydin mənası açıqlanmayıb. Ancaq son zamanlar Qalina Şiryayevanın bütün qonşulara verdiyi ilk sual belə olub:«Siz dünyanın sonuna hazırlaşırsınızmı?» Nə onun oğlu, nə də qonşuları onun sualına müsbət cavab verməyəndə təqaüdçü qadın inciyib, küsərmiş.
|