Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 24 » Elşən Mustafaoğlu: “Şeyx Yusuf Kardavinin fətvası terrora çağırışdır!”
16:29
Elşən Mustafaoğlu: “Şeyx Yusuf Kardavinin fətvası terrora çağırışdır!”

İlahiyyatçı-alim, fəlsəfə doktoru Elşən Mustafaoğlunun İslam.az saytına müsahibəsi

 

Şeyx Yusuf Kardavinin Suriyada hakimiyyətlə çalışan mülki şəxslərin qətlinə dair verdiyi son qalmaqallı fətva İslam dünyasında birmənalı qarşılanmayıb. Kardavinin sözügedən fətvasına münasibəti ilə islam.az-la AMEA-nın elmi işçisi, ilahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu bölüşüb.

 

O bildirib ki, Şeyx Kardavinin sözügedən fətvasını bu günlərdə "əl-Cəzirə” telekanalı ilə izləyib: "Doğrusu, dərin təəssüf hissi keçirdim. Uzun illərdən bəri "mötədil din alimi” kimi tanıdılan bu şəxs milyonlar qarşısında etdiyi çıxışında Suriyadakı savaşla bağlı açıq-aşkar bəyan edir ki, "hakimiyyətlə çalışanların hamısı ilə vuruşmalıyıq - istər hərbiçilər, istər mülki şəxslər, istər alimlər, istərsə də cahillər olsun - fərq etməz. Bunlar zalım, azğın, fitnəçi insanlarla nahaq yerə öldürən hakimiyyət kimi - onlar da zalımdırlar. Zalımın hökmü onlara da şamildir.” Təsəvvür edirsinizmi, bu fətvada əlinə silah alıb döyüşənlər ilə döyüşməyənlər – "zalım” elan etdiyi Suriya hakimiyyətilə çalışan mülki şəxslər, hətta alimlər arasında bərabərlik işarəsi qoyulur və onlarla vuruşun, onları da qətlə yetirin çağırışı edilir. Bu, dəhşətli bir fikirdir!”.

Onun sözlərinə görə, missiyası cəmiyyətdə sülh və əmin-amanlığı, dincliyi təmin etmək olan din adamının mülki şəxslərlə vuruşmağa fətva verməsi yolverilməz və təəssüf doğuran bir haldır. "İstər dini qaydalar, istərsə də dünyəvi beynəlxalq hüquqi aktlar əlinə silah alıb vuruşmayanla – mülki şəxslərlə vuruşmağı qəti qadağan edir. Bunun bir adı var – terror! Milyonların gözü qarşısında din adı ilə siyasi rəqiblərə qarşı terror çağırışı edilir. Axı kimdir "hakimiyyətlə çalışan mülkilər”? Hökumətin - tutaq ki, təhsil nazirliyinin, yaxud dövlətə bağlı bir səhiyyə ocağının, nəqliyyat şirkətinin, dövlət müəssisəsinin adi işçiləri. Suriyada yüz minlərlə belə mülki şəxs var. Onların hakimiyyətlə çalışması, hətta mövcud hakimiyyəti dəstəkləməsi kimə haqq verə bilər ki, onları buna görə qətlə yetirsinlər? Ümumiyyətlə, dinimiz qan tökmək, insanlar arasında müharibələr və münaqişələr yaratmağa qarşıdır. İslam yalnız müdafiə xarakterli savaşa izn verir - əlinə silah alıb təcavüzkarlıq edənlərə qarşı. Yoxsa ki, hətta səninlə savaşanlara rəğbət bəsləyirsə belə, amma səninlə savaşmırsa, siyasi əqidəsinə və mövqeyinə görə mülki şəxsləri öldürməyə nə adı verək?”, - Elşən Mustafaoğlu deyib.

O qeyd edib ki, günahsız insanın öldürülməsi İslam dinində ən böyük günahlardan biri sayılır: "Maidə surəsinin 32-ci ayəsində oxuyuruq: "…Hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməyən kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir”. Fətvada isə mülki şəxslər də, hələ alimlər də siyasi mənsubiyyətinə, tutduğu mövqeyinə görə əlinə silah alıb savaşan hərbiçilərlə eyniləşdirilir. Belə təhlükəli fətva Suriyada dinc əhali arasında kütləvi qırğınlara yol aça bilər”.

Fəlsəfə doktoru vurğulayıb ki, Allah insanı ölüm üçün yox, həyat üçün yaradıb. "Dini, yaxud milli mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq, səninlə vuruşmayan mülki şəxslərlə, dinc əhali ilə vuruşmağa, onları qətlə yetirməyə İslam icazə vermir. Bir daha vurğulayaq ki, müharibə yalnız elə insanlara qarşı yönəlməlidir ki, onlar əllərinə silah alıb digərlərini öldürməyə, onların torpağına, namusuna, ləyaqətinə, dininə-imanına təcavüz etməyə cəhd edir, var-dövlətini əlindən almaq istəyir, təcavüzkarlıq edir. Bir sözlə, dinimizə görə, yalnız müdafiə xarakterli savaşa yol verilir və təcavüz halı baş verdikdə müdafiə olunma Allah qarşısında müqəddəs vəzifə hesab edilir. Əlinə silah alıb səninlə vuruşmayanların - mülki şəxslərin, dinc insanların öldürülməsi isə dinimiz tərəfindən də, insanlıq fitrəti tərəfindən də qadağan edilir!”.

O bildirib ki, dinimiz hər bir halda ədalətə saralmağı, ədalətlə davranmağı əmr edir. "Rəbbimiz Maidə surəsinin 8-ci ayəsində belə buyurur: "Ey iman gətirənlər! Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Allah etdiklərinizdən xəbərdardır!”. Təəssüflər olsun ki, biriləri öz siyasi maraqlarına, öz çıxarlarına görə din adıyla insanları qan tökməyə sövq edirlər. Bu, tarix boyu olub, bu gün bir daha bunun şahidi oluruq. Din adından sui-istifadə faktı. Amma unutmayaq ki, bunun dinlə, İslamla zərrə qədər də əlaqəsi yoxdur. Belə bir həssas dövrdə hər birimiz ayıq-sayıq olmalı, insanlığa qarşı həyata keçirilən fitnə-fəsadların, məkrli planlarının gerçəkləşməsinə yol verməməliyik! Quranın öyrətdiyi kimi, insanlara ölüm deyil, həyat bəxş etməyə çalışmalıyıq”, - Elşən Mustafaoğlu fikirlərini tamamlayıb.

 

Category: Mənəviyyat | Views: 485 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Saturday, 23.11.2024, 13:14
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012