"Mən də bu xəbəri mediadan oxumuşam"
"Hamı kimi mən də Sevinc Babayevanın vəfat etməsi xəbərini mediadan eşitdim. Hələlik, bu xəbərin dəqiq olduğunu deyə bilmərəm. Amma hesab edirəm ki, o vəfat edibsə, bunun səbəbləri araşdırılmalıdır". Bu sözləri Moderator.az-a açıqlamasında Elşad Abdullayev Sevinc Babayevanın ölüm hadisəsinə münasibət bildirərkən söyləyib. Qeyd edək ki, bu gün Sevinc Babayevanın vəfat etməsi xəbəri yayılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib.
Xatırladaq ki, Sevinc Babayeva Elşad Abdullayevin deputat seçilməsi üçün Gülər Əhmədova ilə onun arasında vasitəçi olub.