Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun Qızıloba və Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan və Qaraxanbəyli, Ağdam rayonunun Qaraqaşlı, Cəvahirli və Kəngərli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
|