Onlar ölkədə qiymət artımının nə vaxt dayanacağını bilmək istəyirlər Yeni il ərəfəsində Ermənistan əhalisi fala baxırlar ki, ölkədə qiymət artımı nə vaxt dayanacaq. Respublikanın ticarət müəssiəslərində unun qiyməti 20% artıb. Təbii ki, orta hesabala çörək, makaron, vermişel, qənnadı məmulatlarının da qiyməti 9% qalxıb. Yəni nəinki kiçik, eləcə də orta gəlirli ailələrin əsas rasionunu təşkil edəm qida məhsullarının qiyməti yüksəlib. Ermənistanda həndəsi artımla gedən əhalinin kasıb təbəqəsi də ciddi şəkildə əziyyət çəkirlər. Məsələn marqarin və toyuq budu müvafiq olaraq 13 və 25% bahalaşıb. Səhiyyədə də bahalaşma müşahidə olunur. Ekspertlərin fikrincə, bunun səbəbi həkim məsləhətinin 14%, xəstəxanaların cərrahiyyə xidmətləri isə 28%-ə qədər bahalaşıb.
Bütün bu rəqəmləri Ermənistan mətbuatı yazır. Onlar qismən etiraf edirlər ki, ölkə rəhbərlərinin Ermənistanda hər şeyin yaxşı olduğuna dair təminatlarına baxmayaraq, əhali heç də Yeni ili sevindirici əhval-ruhiyyə ilə qarşılamırlar. Necə deyərlər: "Halva-halva deməklə, ağız şirin olmaz”.
|