Ermənistan musiqiçiləri Azərbaycanın tar ifaçılıq sənətinin UNESCO-nun "Maddi-mədəni irs” siyahısına daxil edilməsinə etirazını bildirib.
APA-nın "Armenpress”ə istinadən verdiyi məlumata görə, Ermənistanın qədim musiqi alətləri orkestri "Tkzar”ın qurucusu Karlen Mirzoyan UNESCO-nun bu qərarını anlaşılmazlıq və "erməni milli alətləri”nə diqqətsizlik kimi qiymətləndirib: "Tarzənlər əsasən Qarabağdan olublar. Tarda azərbaycanlılar da ifa edib, lakin bu alətin mənşəyi Şuşadadır və Bakıya da oradan gedib çıxıb”.
K.Mirzoyanın fikrincə, tar heç cür Azərbaycan milli musiqi aləti hesab oluna bilməz. |