Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində 2012-ci ildə təbii ehtiyatların müəyyənləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri həyata keçiriblər.
Ermənistan mətbuatında yayılan məlumata görə geoloji tədqiqat işləri Ağdərədə, Kəlbəcər, Laçın və Zəngilan rayonlarının ərazilərində aparılıb.
Dağlıq Qarabağdakı separatçı rejimin «hökuməti»nin və Ermənistanın «Beytz Metal» şirkətinin sifarişi əsasında aparılan tədqiqatların nəticələri barədə məlumatlar açıqlanmayıb.