Dekabrın 20-də Akademiya "ən yaxşı xarici film” nominasiyasına daxil edilmiş 9 filmin siyahısını açıqlanıb. Ermənistanın Qarabağ müharibəsi barədə çəkilmiş "Əgər hamı…” filmi həmin siyahıda yer almayıb.
Qeyd edək ki, flmdə Qarabağ müharibəsində atasını itirmiş rus qızının hekaysi təqdim olunur. 20 ildən sonra qız Qarabağa gələrək burda öldürülmüş atasının adsız qəbrini tapmaq istəyir. Atasının döyüşdüyü hərbi hissənin keçmiş komandirinin köməyi ilə qız öyrənir ki, atasının basdırldığı yer Azərbaycan tərəfindədir. Qız erməni hərbçsinin köməyi ilə gecə ikən Azərbaycan sərhəddini keçir.
Atasının qəbri üstə ağcaqayın əkən zaman silahlı azərbaycanlı çoban onları tutur və öldürmək istəyir. Hər ikisi əhvalatı çobana danışırlar. Kövrəlmiş çoban onları buraxır və deyir ki, Qarabağ müharibəsində 10 yaşlı oğlunu ermənilər öldürüb. Film qız və erməni hərbişinin 10 yaşlı azərbaycanlı oğlanın qəbri üstə ağac əkmə səhnəsi ilə bitir.
Rusiyadan Karen Şahnazarovanın "Ağ pələng" adlı filmi də həmin siyahıya düşməyib.
Ümumilikdə "Oskar" mükafatına 9 ən yaxşı film təqdim edilib. Avstriyalı rejissor Mixael Hanekenin "Sevgi", kanadalı Kim Nquyenanın "Müharibə kabusu", Çilidən olan rejissor Pablo Larrainanın "Yox" filmi "Oskar"a iddialı kinolentlərdir. Bunlardan başqa, danimarkalı rejissor Nikolay Arselin "Kraliça romanı", Erik Toledano (Fransa) "1+1", Baltazar Kormakurun (İslandiya) "Dərin uçurum", Yoakim Ronninqin (Norveç) "Kon-Tiki", Kristian Manqiu (Rumıniya) "Təpənin o tayında " və Ursula Mayerin (İsveçrə) "Bacılar" adlı filmləri də həmin siyahıya düşüblər.
|