Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 18 » Ermənistan bundan sonra da xarici sponsorlar hesabına mövcudluğunu saxlayacaq - SAM direktoru
12:31
Ermənistan bundan sonra da xarici sponsorlar hesabına mövcudluğunu saxlayacaq - SAM direktoru

"Serj Sarkisyan xarici sponsorların ona qarşı alternativ qüvvədən istifadə etmələrinin və ya Ermənistanın xarici siyasətin gündəmində olan prinsipial məsələlərlə şantaj olunmasının qarşısını almaq üçün əlindən gələni edib".

Bunu Azərbaycan Prezindeti yanında Strateji Araşdırmalar Mərkəzinin(SAM) direktoru Fərhad Məmmədov keçirdiyi brifinqdə bildirib.

O deyib ki, əvvəlki proqnozlarımızda qeyd olunduğu kimi, Ermənistan Avrasiya İttifaqına və Gömrük İttifaqlarına daxil olmaq və ya bundan imtina etmək barədə həlledici qərar vermək səlahiyyətinə malik deyildir. Eyni zamanda, Ermənistan 800 milyondan bir milyard avroyadək məbləğdə kredit almaq məqsədilə Avropa İttifaqı ilə fəal danışıqlar aparır və sponsorlar sammitinə hazırlaşır. Bu məbləğ yalnız 2012-ci ilin büdcə kəsirini bağlamağa və ölkədə bir neçə əhəmiyyətsiz layihəni yekunlaşdırmağa imkan verə bilər. Ermənistanın 2013-cü il büdcəsində investisiya layihələri nəzərdə tutmadığına görə onu «yaşamaq uğrunda mübarizə büdcəsi» də adlandırırlar.

Onun sözlərinə görə, bütün bunlara və digər amillərə əsasən belə nəticəyə gəlmək olar ki, Ermənistanda növbəti prezident seçkiləri praktiki olaraq, alternativsizlik şəraitində keçiriləcək. Əhali qorxu və maddi ehtiyac üzündən Serj Sarkisyana səs verməli olacaq. S.Sarkisyan prezident seçkilərində qalib gəlmək üçün taktiki məsələləri həll etsə də, gələcəkdə strateji vəzifələrin icrasında daha böyük problemlərlə üzləşəcək.

SAM direkdoru vurğulayıb ki, rəsmi İrəvanın Rusiyanın geosiyasi layihələrində iştirakdan imtina etməsi, Türkiyə ilə sərhədlərin bağlı qalması üzündən Avropaya tam inteqrasiya imkanından məhrum olması Serj Sarkisyanı elə ciddi maneələrlə qarşı-qarşıya qoyub. Ermənistan indiki şəraitdə onları dəf etməyə qadir deyil. Bu baxımdan, iqtisadi, siyasi və sosial tənəzzül dövrünü yaşayan ölkədə Serj Sarkisyanın irəli sürdüyü «Zəngin Ermənistana doğru» seçkiqabağı şüarı əslinə qalsa, siyasi populizm və riyakarlıq nümunəsi kimi dəyərləndirilməlidir.

F.Məmmədovun fikrincə, Serj Sarkisan prezident kürsüsündə əyləşdiyi beş ildə ölkədə ümumilli əhəmiyyətə malik heç bir problemi həll edə bilməyib. Ermənistan bundan sonra da xarici sponsorlar hesabına bir dövlət kimi mövcudluğunu saxlayacaq, ətrafdan təcrid olunmuş vəziyyətdə qalacaq, bankrot dövlət səviyyəsinə enəcək.

Category: Müsahibə | Views: 692 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Friday, 03.05.2024, 12:05
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012