Main » 2012 » December » 24 » “Ermənistan rəhbərliyində professionallıq çatışmır“
13:45 “Ermənistan rəhbərliyində professionallıq çatışmır“ |
Levon Ayrapetyan: "Ölkədə antimilli və amoral dəyərlər təbliğ olunur"
"Açıq şəkildə görünür ki, Ermənistan rəhbərliyində professionallıq çatışmır".
Azeri-xeber.ucoz.com xəbər verir ki, bunu erməni gənclərin "Susmayacağıq" hərəkatının üzvləri ilə görüşündə əslən Dağlıq Qarabağdan olan rusiyalı biznesmen Levon Ayrapetyan deyib.
O, bildirib ki, Ermənistanda pensiyaların 6 dollar artırılması əsl biabırçılıqdır: "Əgər oliqarxları Ermənistanın xarici borcunu bağlamağa məcbur etsələr, onda qocaların pensiyasını 6 deyil, 100 dollar artırmaq olar. Bundan başlamaq lazımdır".
L.Ayrapetyan onu da əlavə edib ki, o, acgöz erməni biznesmenlerin siyasətə gəlmək və bununla da daha çox qazanmaq arzusunu başa düşəbilmir: "Kənardan bunu müşahidə edən erməni diasporu üzvlərinin tükləri biz-biz olur".
O, həmçinin Ermənistanda antimilli və amoral dəyərlərin təbliğ olunmasından təəssüfləndiyini bildirib: "Niyə televiziyalarda bu meyllər təbliğ olunur. Axı buna baxan uşaqlar quldur, xuliqan, oğru olmaq istəyirlər. Bu məni çox hiddətləndirir".
|
|
Category: Siyasət |
Views: 477 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|