Ermənistan "S-300” raketdən müdafiə sistemlərini yeniləyəcək.
Ermənistan havadan müdafiə sistemlərini modernləşdirmək istəyir. Artıq bu barədə Ermənistanın Müdafiə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə müraciət edilib.
İlkin mərhələdə "S-300” raketdən müdafiə sistemləri yeniləri ilə əvəzlənəcək. Modernləşdirmə prosesi Rusiya və Belarusdan olan ekspertlər tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, bundan əvvəl də Ermənistan "S-300” raketdən müdafiə sistemlərini yeniləri ilə əvəz etmək istəsə də, lakin fiziki şərtlər buna imkan verməyib.