Ermənistan Dövlət Əmlak İdarəsi hökumətin bu yaxınlarda keçiriləcək iclasında ölkənin Xarici İşlər Nazirliyinin binasının hərraca çıxarılması layihəsini təqdim edəcək. Ermənistan KİV-nə istinadən verilən xəbərə görə, hələlik vaxtı bəlli olmayan hərracda binanın ilkin qiyməti 52 mln. ABŞ dolları olacaq. Qeyd edək ki, bu bina oktyabrın 4-də hökumətin qərarı ilə E.Ernekyana məxsus "Tanqo” şirkətinə satılıb.
|