İstisna edilmir ki, bu yem çatışmazlığı ilə bağlı ola bilər Ermənistanda hətta balıqlar acından qırılır. Erməni mətbuatı yazır ki, Razdan çayında balıqların kütləvi qırğını baş verib. Hazırda müxtəlif qurumların mütəxəssisləri baş verənlərin səbəblərini müəyyən etməyə cəhd edirlər. İstisna edilmir ki, bu yem çatışmazlığı ilə bağlı ola bilər, yəni başqa sözlə əsas baiskar Ermənistanda yalnız balıqların deyil, həm də insanların əziyyət çəkdiyi aclıqla bağlıdır. Aparılmış sorğunun gedişində məktəblilərin önəmli bölümü etiraf edib ki, bəzən və ya çox vaxt evdə yemək olmaması və ya az olması üzündən güclü aclıq hissi keçirirlər.
Bu barədə Ermənistan Təhsil və Elm Nazirliyinin hökumət üçün hazırladığı xüsusi arayışda bildirilir. Arayışda həm də bildirilir ki, uşaqlar mədə və ürək ağrılarından, ürək bulanmadan və yuxusuzluqdan şikayət edirlər. Amma adətən bu cür simptomlar uşaqlara deyil, yalnız böyüklərə aid olur. Ölkənin Təhsil Nazirliyinin bu araşdırması YUNİSEF-in yardımı və dəstəyi ilə aparılıb.
Qeyd edək ki, Ermənistan rəhbərliyi son günlərdə öz çıxışlarında dəfələrlə qeyd edib ki, 2012-ci il Ermənistanın artan iqtisadiyyatı üçün ən uğurlu olub.
Belə olan halda, Ermənistan üçün uğursuz olan illərdə nə baş verdiyini kimsə bilmir. Bu barədə hər kəs lal-dinməz durur, Razdan çayındakı balıqlar kimi.
|