İsrail əsgərlərinə meydan oxuyan fələstinli Əhəd Tamimi cəsarəti ilə bütün dünyanın diqqətini çəkib. İnternetdə ən çox izlənən görüntülərdən sonra Türkiyədən gələn rəsmi dəvələ anası Nəriman Tamimi ilə birgə İstanbula gəlib. Tamimi hava limanında əksəriyyəti şagirdlər olan İstanbul sakinləri tərəfindən Fələstin bayrağı ilə qarşılanıb. Jurnalistlərə açıqlama verən Əhəd Tamimi İsrail əsgərlərindən qorxmadığını deyib: "İsrail əsgərlərindən heç vaxt qorxmamışam. Mən onlara fələstinlilərin cəsarətini nümayiş etdirdim. Əgər bir də elə an təkraralansaydı, İsrail əsgərlərini öldürərdim".
Tamimi Türkiyədə olduğuna görə özünü çox xoşbəxt hiss etdiyini də deyib: "Ərdoğanın vətəninə gəliyim üçün çox şanslıyam".