"Bu ölümü kifayət qədər müəmmalı hesab edirəm. Müəmmaların istiqamətlərini isə müəyyən etmək çətindir”. Bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Sevinc Babayevanın dünyasını dəyişməsinə münasibət bildirərkən deyib.
F.Ağamalı Sevinc Babayevanın ölümündə xarici qüvvələrin də rolunu istisna etməyib: "Bu kimi hadisələrdə hər ehtimalı düşünmək lazımdır. Ola bilsin ki, hansısa xarici qüvvələr onun ölümündə maraqlı olub. Amma bu, sadəcə, ehtimaldır. Bildiyim qədəri ilə Sevinc Babayeva sağlam, özünə baxan, dünyanı vecinə almayan xanım idi. Bu tip insanların da ürək xəstəliyindən əziyyət çəkməsi və qəflətən 15-20 gün içində xəstəlikdən ölməsi suallar doğurur. Sevinc Babayevanın və rəfiqəsi Gülər Əhmədovanın adlarının bu kimi qalmaqalda hallanması dövlətimiz üçün də narahatlıq yaradır. Elşad Abdullayev bu məsələni ictimailəşdirməklə yanaşı, bu işi dövlət orqanlarının içinə qədər aparıb. Ayrı-ayrı şəxslərin ünvanına xoşagəlməz iddialar var və bu, bizim nüfuzumuza zərər gətirən amillərdir”.
|