Rusiya paytaxtında sərnişin təyyarəsi qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub. APA-nın Moskva müxbirinin verdiyi xəbərinə görə, bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov bildirib.
Onun sözlərinə görə, qəza zamanı təyyarədə ancaq 8 nəfər ekipaj üzv olub: "Onlardan 4-ü ölüb, 4-ü isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib”.
Qeyd edək ki, bu gün axşam saatlarında "Vnukovo” hava limanı yaxınlığında təyyarə qəzası baş verib. Çexiyadan Moskvaya uçan "Red Wings” şirkətinə məxsus "Tu-204” təyyarəsi uçuş-enmə zolağına sərt eniş edib. Nəticədə 3 hissəyə parçalanan təyyarədə yanğın başlayıb.
Qəzadan sonra 2 saata yaxın "Vnukovo” aeroportu müvəqqəti olaraq bağlı elan edilib.
|