NATO-nun Əfqanıstandakı məsləhətçisi öldürülüb. Məlumata görə, onu güllələyərək qətlə yetiriblər. Hadisə ölkənin paytaxtı Kabildə baş verib. Rəsmi açıqlamalarda qətlin bir qadın tərəfindən törədildiyi bildirilir.
Əfqanıstan Daxili İşlər Naziliyinin nümayəndəsi Sədiq Səddiqinin açıqlamasına görə, polis geyimində olan qadın Kabildə bir polisi də öldürüb.
Qətli törədən şəxsin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır. |