Main » 2012 » December » 29 » Fransa parlamenti yenə “erməni soyqırımı“ məsələsinə qayıtdı
09:23 Fransa parlamenti yenə “erməni soyqırımı“ məsələsinə qayıtdı |
| Fransa parlamentinə qondarma erməni soyqırımı ilə bağlı yeni qanun layihəsi təqdim edilib.
Azeri-Xeber.ucoz.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, qanun layihəsinin müəllifi fransalı deputat Valeri Buayedir. Layihədə 1915-ci ildə Türkiyədə "erməni soyqırımı"nın baş verdiyini inkar edənlər barədə cinayət məsuliyyəti müəyyən edilməsi təklif olunur.
Layihə parlamentə dekabrın 19-da təqdim olunub. Layihədə 1881-ci ildə qəbul edilən "KİV azadlığı haqqında" qanuna dəyişiklik edilməsi nəzərdə tutulur. Qeyd edək ki, həmin qanunla irqçiliyə qarşı mübarizənin hüquqi əsasları müəyyən olunur.
Xatırladaq ki, analoji qanun layihəsi ötən il də Fransa parlamentinin iki palatası tərəfindən bəyənilmiş, lakin Konstitusiya Şurası onu ölkənin əsas qanununa zidd saymışdı.
Fransalı deputatın yeni qanun layihəsində qondarma erməni soyqırımının inkar edilməsinə görə, konkret cəzalar da təklif olunub. O, hesab edir ki, insanlığa qarşı cinayətləri və erməni soyqırımını inkar edənlər 45 min avro məbləğində cərimə ödəməli və ya bir il müddətinə azadlıqdan məhrum edilməlidir. |
|
Category: XƏBƏRLƏR |
Views: 379 |
Added by: Seymur86
| Rating: 0.0/0 |
|
|
Login |
|
|
|
Axtarış |
|
|
|
Təqvim |
|
|
|
Dostlar |
|
|
|
Kateqoriyalar |
|
|
|