Azərbaycanın Gədəbəy rayonun faciəli hadisə baş verib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Gədəbəy rayonunun Moruxlu kəndində qeydə alınıb. Kənd sakini Dilman Rüstəmovun evində yanğın baş verib. Nəticədə evdə yataq dəsti yanıb və yatmış vəziyyətdə olan ev sahibi D. Rüstəmov və oğlu Elnur tüstüdən boğularaq ölüblər.
|