Artıq yeni saytdayıq AZERİ-XEBER.ORG
 
Main » 2012 » December » 17 » GUAM-ın baş katibi Azərbaycana gəlir
14:07
GUAM-ın baş katibi Azərbaycana gəlir

Səfərin əsas məqsədi dekabrın GUAM Parlament Assambleyasının beşinci iclasında iştirak 

GUAM-ın baş katibi Valeriy Çeçelaşvili Azərbaycana səfər edəcək. APA-ya GUAM katibliyin tərəfindən verilən məlumatına görə, V. Çeçelaşvili bu gün Bakıya gələcək.

Səfərin əsas məqsədi dekabrın 19-20-də Bakıda keçiriləcək GUAM Parlament Assambleyasının beşinci iclasında iştirak etməkdir. GUAM baş katibi Bakıda bir sıra rəsmi görüşlər də keçirəcək.

Qeyd edək ki, GUAM Parlament Assambleyasının beşinci iclasında quruma üzv dövlətlərdə Avropaya inteqrasiya prosesləri, Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində parlamentlərarası əlaqələrin rolu, GUAM regionunun enerji potensialı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində təşkilata üzv dövlətlərin iştirakı, humanitar, elmi-texniki sahələrdə əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq.

Tədbir qonaqların sayı baxımından təşkilatın tarixində ən geniş tərkibli iclas olacaq. İclasda quruma üzv olan Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna nümayəndə heyətləri ilə yanaşı, Baltik Assambleyasının, Benilüks Parlamentinin, Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament ölçüsünün və Vişeqrad qrupu ölkələrinin nümayəndələri, o cümlədən TürkPA-nın təmsilçisi qonaq qismində iştirak edəcəklər. Toplantıya Azərbaycanın bir sıra nazirliklərinin, Milli Elmlər Akademiyasının və Bakıda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri dəvət olunublar.
Views: 327 | Added by: Seymur86 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]
Thursday, 09.05.2024, 09:19
Welcome Guest
Main | Registration | Login
Login
Axtarış
Təqvim
«  December 2012  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Dostlar
Kateqoriyalar
DİN [28] Mənəviyyat [53]
İqtisadiyyat [11] XƏBƏRLƏR [653]
Hava haqqında [15] Müsahibə [11]
Yazarlar [5] Kriminal [70]
Idman [5] Faciə [68]
Siyasət [50] Araşdırma [9]
Maraqlı [33]
ALLAH BIRDIR! © 2012