2014-ci ildə Qış Olimpiya oyunlarının keçiriləcəyi Soçidə zəlzələ və partlayışlar olub. Azeri-Xeber.ucoz.com xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın kurort zonası Soçidə ümumiyyətlə zəlzələ intensivliyi ortadır.
Məlumata görə, zəlzələnin baş verməsi burda qaz kəmərinin partlayışına səbəb olub. Olayla əlaqədar Rusiya Fövqəlada Hallar Nazirliyi artıq ağır iş rejiminə keçib.
Nazirliyinin sözçüsü İrina Qoqoleva bildirib ki, zəlzələ 5.2 bal gücündə, saat 22:42 və 02:42 radələrində baş verib. Gecə saatlarında baş vermiş zəlzələdə Qara dəniz ətrafındakı şəhərə heç bir ziyan dəyməyib və itki yoxdur.
Qeyd edək ki, bir müddət öncə də həmin ərazidə zəlzələdən bir neçə saat əvvəl də bir qaz kəmərində partlayış olmuşdu. |